Rusiya Ermənistanın Sürix protokollarının ratifikasiyasının dayandırmasına münasibətini açıqlayıb

Rusiya Ermənistanın Sürix protokollarının ratifikasiyasının dayandırmasına münasibətini açıqlayıb
# 23 aprel 2010 15:32 (UTC +04:00)
APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu nazirliyin rəsmi nümayəndəsi Andrey Nesterenko Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə-Ermənistan protokollarının ratifikasiyasını dayandırmaq barədə qərarına münasibət bildirərkən deyib. O bildirib ki, Ermənistan prezidenti televiziya müraciətində Türkiyə ilə münasibətlərin nizamlanması ildə bağlı ardıcıl danışıqların fərəhləndirici olmayan yekunlarından danışıb və işin dalana dirəndiyini söyləyib.

Bununla belə, A. Nesterenko qeyd edib ki, Ermənistan yalnız protokolların ratifikasiyasını dayandırır, atdığı imzaları geri götürmür: “Beləliklə, bir il əvvəl Ermənistanla Türkiyə arasında münasibətlərin qurulması istiqamətində başlanmış prosesin perspektivi saxlanılır. Ümidvar olduğumuzu bildiririk ki, hər iki dövlət hazırkı mürəkkəb vəziyyətdən çıxmağa və münasibətlərin bütün bölgə ölkələrinin marağına cavab verən tammiqyaslı bərpası üçün şərait yaratmağa nail olacaqlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR