Azərbaycan prezidenti Roma Papasını təbrik edib

Azərbaycan prezidenti Roma Papasını təbrik edib
# 23 aprel 2010 15:54 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Roma Papası XVI Benediktə təbrik məktubu göndərib. APA-nın məlumatına görə, dövlət başçısı Roma Papasını tacqoyma günü münasibətilə öz adından və Azərbaycan xalqı adından təbrik edib: “Əminəm ki, Azərbaycan-Vatikan münasibətləri, dostluq və əməkdaşlığımız humanizm ideallarının və ümumbəşəri dəyərlərin təntənəsi naminə daim inkişaf edəcək və möhkəmlənəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar diləyir, həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR