ABŞ prezidenti Osmanlı Türkiyəsində 1915-ci ildə baş verdiyi iddia olunan hadisələrlə bağlı çıxış edəcək

ABŞ prezidenti Osmanlı Türkiyəsində 1915-ci ildə baş verdiyi iddia olunan hadisələrlə bağlı çıxış edəcək
# 23 aprel 2010 21:57 (UTC +04:00)
Qeyd edək ki, prezident seçilməmişdən öncə Barak Obama «soyqırım» sözünü işlədəcəyini söz verib. Lakin 2009-cu il aprelin 24-də etdiyi çıxışı zamanı o da özündən əvvəlki prezidentlər kimi Türkiyənin ABŞ üçün önəmini və nüfuzunu nəzərə alaraq bu fikrindən vaz keçib.

Bu il mart ayında ABŞ Konqresinin Nümayəndələr palatasının Xarici əlaqələr komitəsi «erməni soyqırımı» barədə qətnamə qəbul edib. Öz növbəsində bu ayın əvvəlində ABŞ-a səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Barak Obamanın «soyqırım» sözünü işlətməyəcəyini bildirib.

Qeyd edək ki, ermənilər 1915-ci ildə Osmanlı hökumətinin erməniləri təhlükəsizlik məqsədilə ölkənin daxili rayonlarına köçürmək siyasətini «soyqırım» adlandırır və ermənilərin qətlə yetirildiyini iddia edirlər. Türkiyə hökuməti dəfələrlə həmin hadisələri araşdırmaq üçün müştərək türk-erməni tarix komissiyası yaratmağı təklif etsə də, erməni tərəfi buna məhəl qoymur.

Dünyada siyasi səbəblərlə qondarma “erməni soyqırımı”nı bir neçə ölkənin parlamenti tanıyıb. Lakin bu ölkələrin heç biri Ermənistanın özü də daxil olmaqla qondarma “ soyqırım” iddiaları ilə bağlı heç bir tarixi sənəd, fakt ortaya qoya bilməyib. Türkiyənin arxiv sənədlərini açmasına baxmayaraq, Ermənistan bundan imtina edib.

Ermənistanın və erməni diasporunun saxta “soyqırım” iddiaları bu gün siyasi dünyada daha çox Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR