İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Vasif Talıbovla görüşüblər

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Vasif Talıbovla görüşüblər
# 26 aprel 2010 08:28 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər. APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Seyid Kazim Musəvi iki ölkənin müştərək tarixinə işarə edərək əlaqələrin yüksək səviyyədə olduğunu deyib. O bildirib ki, iki ölkənin münasibətlərinə yad qüvvələrin müdaxiləsinə imkan verilməməlidir.

S. K. Musəvinin fikrincə, Qarabağ münaqişəsini yalnız danışıqlar yoluyla həll etmək lazımdır: “Xarici qüvvələr məsələni böhran vəziyyətinə gətirmək istəyirlər. Buna imkan vermək olmaz”.

V. Talıbov isə Azərbaycanın İranı qüdrətli dost ölkə kimi qəbul etdiyini vurğulayaraq iki ölkə əlaqələrinin bundan sonra da inkişaf edəcəyini söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR