Azərbaycanın xarici işlər naziri Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Qafqaz İdarəsinin rəisini qəbul edib

Azərbaycanın xarici işlər naziri Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Qafqaz İdarəsinin rəisini qəbul edib
# 26 aprel 2010 15:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa Qafqaz İdarəsinin rəisi Roland Qalaraqı qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər Fransa-Azərbaycan münasibətlərinin cari vəziyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar, regionda və ölkəmizdə gerçəkləşdirilən layihələr və bu layihələrdə Fransanın iştirakı məsələsi, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR