Azərbaycan prezidenti Stavropol vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan prezidenti Stavropol vilayətinin qubernatorunu qəbul edib
# 27 aprel 2010 16:04 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 27-də Stavropol vilayətinin qubernatoru Valeri Qayevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan prezident İ. Əliyev ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Azərbaycanla Stavropol vilayəti arasında əlaqələri inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu deyib.

Öz növbəsində, Stavropol vilayətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan qubernator V. Qayevski bildirib ki, 150 nəfər iş adamından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlməsi rəhbərlik etdiyi vilayətin ölkəmizə göstərdiyi marağın təzahürüdür. Qubernator deyib ki, başçılıq etdiyi nümayəndə heyətinin səfərinin əsas məqsədi Stavropol vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrinə dair perspektivləri müəyyənləşdirməkdən və bu istiqamətdə əməli addımlar atmaqdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR