Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu: “Naxçıvanın gələcəyi bizim üçün hər zaman bir nömrəli məsələ olub və olacaq”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu: “Naxçıvanın gələcəyi bizim üçün hər zaman bir nömrəli məsələ olub və olacaq”
# 28 aprel 2010 07:38 (UTC +04:00)
Ankara-APA. “Naxçıvanın gələcəyi Türkiyəni hər zaman ilk növbədə maraqlandırıb və maraqlandırmaqda davam edəcək”. APA-nın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ölkədə rəsmi səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşdə söyləyib. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran XİN başçısı bildirib ki, Naxçıvanın hərbi təhdidlərdən qorunmasına qarantiya verən Qars müqaviləsi hər zaman qüvvədədir: “Qars müqaviləsinin qüvvədə olduğuna heç kim şübhə edə bilməz, bu müqavilə beynəlxalq hüquq çərçivəsində də çox möhkəm mövqelərə malikdir. Türkiyənin Naxçıvan üzərində qarantiya hüququ hər zaman mövcuddur və bu, Türkiyənin beynəlxalq hüquq qarşısında öz üzərində götürdüyü bir öhdəlikdir. Naxçıvanın gələcəyi bizi maraqlandıran bir nömrəli məsələlərdəndir və bu, belə olmaqda davam edəcək. Naxçıvanın təhlükəsizliyi bizim təhlükəsizliyimiz, rifahı bizim rifahımızdır”. XİN başçısı “Türkiyə Hava Yolları”nın İstanbul-Naxçıvan reysinin açılması üçün öz üzərinə düşən hər şeyi edəcəyini deyən Davudoğlu, Naxçıvanla dəmiryolu əlaqəsi imkanlarının da nəzərdən keçirildiyini söyləyib: “Amma Naxçıvanı Türkiyədən heç ayırmayacaq bağ könül bağıdır”. Jurnalistlərin suallarını cavablandıran Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hər müstəvidə bir-birinə bağlı olan Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin davam edəcəyini, bu münasibətlərin daha da inkişafı üçün əsasların mövcud olduğunu bildirib.
Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla da görüşüb. Təkbətək görüş təqribən bir saat davam edib. Vasif Talıbovun səfər proqramına prezident Abdullah Gül, dövlət naziri Hayati Yazıçı, 9-cu prezident Süleyman Dəmirəl, Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi İlkər Başbuğla da görüşlər daxildir. Türkiyə Xarici İşlər Nazirliyinin səfərlə bağlı yaydığı rəsmi məlumatda Azərbaycanla sərhədi olmayan muxtar respublikanın Ermənistandan qaynaqlanan təhdidlərlə üz-üzə qaldığı xüsusi qeyd olunur: “Bu təhdidlərin aradan qaldırılmasında Azərbaycan və Naxçıvanla hərbi əməkdaşlığımız, münasibətlərimizin bir ünsürüdür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR