Venesiya Komissiyasının prezidenti Canni Bukikkio: “Azərbaycanın seçki qanunvericiliyi çox təkmilləşib, mövcud qanunvericiliklə yaxşı seçkilər keçirmək olar”

Venesiya Komissiyasının prezidenti Canni Bukikkio: “Azərbaycanın seçki qanunvericiliyi çox təkmilləşib, mövcud qanunvericiliklə yaxşı seçkilər keçirmək olar”
# 28 aprel 2010 16:05 (UTC +04:00)
APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, Canni Bukikkio Azərbaycanda vəziyyətin seçkidən seçkiyə yaxşılaşdığını bildirib: “Mən bu sahədə Azərbaycanla səmərəli olan əməkdaşlığı davam etdirməyə hazıram. Azərbaycanın seçki qanunvericiliyi çox təkmilləşib. Bununla belə onun daha da yaxşılaşdırılması istiqamətində işi davam etdirməliyik. Bu sahədə görüləsi işlər var. Biz bunu birlikdə həyata keçirə bilərik. Seçki komissiyalarının tərkibinin formalaşdırılması sahəsində yaxşılaşdırılmasına, müsbət dəyişiklərin edilməsinə ehtiyac var. Bununla belə, mövcud qanunvericiliklə yaxşı seçkilər keçirmək olar. Ən önəmlisi buna istəyin olmasıdır. Avropa standartları və qaydalarının tətbiqinə istəyin olmasıdır. Təkmil olmayan qanunvericiliklə də demokratik seçkilər keçirmək olar. Biz Azərbaycan hakimiyyəti ilə Seçki Məcəlləsi ətrafında əməkdaşlığı davam etdirməliyik. Elə etmək lazımdır ki, seçkilər beynəlxalq müşahidəçilər tərəfindən qənaətbəxş hesab olunsun. Biz Azərbaycanda seçki prosesində iştirak edən insanlara treninqlərin keçirilməsi istiqamətində fəaliyyət göstərəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR