Müvəqqəti işlər vəkili: “Ümid edirik ki, Azərbaycan-ABŞ hərbi təlimləri keçiriləcək”

Müvəqqəti işlər vəkili: “Ümid edirik ki, Azərbaycan-ABŞ hərbi təlimləri keçiriləcək”
# 29 aprel 2010 17:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu bəyan edib.

Onun sözlərinə görə, ötən il ABŞ-la Azərbaycan arasında yüksək səviyyəli hərbi təlimlər keçirilib: “Ümid edirik ki, bu təlimlər gələcəkdə yenə keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanın ABŞ-la birgə hərbi təlimlərdən birtərəfli qaydada imtina etməsi barədə məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təsdiqləyərək, hərbi təlimlərin təxirə salındığını açıqlayıb. Səbəblər hələlik açıqlanmır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR