ABŞ səfirliyi NATO-nun 61-ci ildönümü münasibətilə tədbir keçirilib

ABŞ səfirliyi NATO-nun 61-ci ildönümü münasibətilə tədbir keçirilib
# 29 aprel 2010 19:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva- APA. Aprelin 29-da ABŞ səfirliyi NATO-nun 61-ci ildönümü münasibətilə tədbir keçirilib. APA məlumatına görə, tədbirdə çıxış edən ABŞ səfirliyin Müvəqqəti işlər vəkili Donald Lu Azərbaycanın İraq, Kosovo və Əfqanıstana verdiyi töhfələri yüksək dəyərləndirib:
“NATO Azərbaycanın inkişafına yardım edə bilər və qarşılıqlı olaraq Azərbaycan NATO-nun inkişafına kömək göstərə bilər. Azərbaycanın İraq, Kosovo və Əfqanıstana verdiyi töhfələr Avropaya və dünyaya göstərir ki, müsəlman ölkəsindən də davamlı və məsuliyyətli müttəfiq ola bilər. Xüsusilə, Azərbaycan Əfqanıstanda polis təlimləri, humanitar yardım və minalardan təmizləmə işlərində Avropa ölkələri arasında liderliyini nümayiş etmişdir.”

Donald Lu Azərbaycanın Avro Atlantik məkana inteqrasiya etmək səylərini yüksək dəyərləndirib. “Keçmiş Sovet sistemindən qurtulması və NATO ilə əməkdaşlıq istəyi ilə Azərbaycan bütün dünyaya göstərir ki, o müstəqil və suverendir. Bu heç də asan bir seçim olmamışdır. Bu uzaqgörənlik, liderlik və cəsarət tələb edir. Biz Azərbaycanın Avroatlantik məkana inteqrasiya səylərini alqışlayırıq”.

Tədbirdə Rumıniyanın səfiri Nikolae Ureke də nitq söyləyib. O qeyd edib ki, Şimali Atlantika Alyansı çox güclü bir alyansdır “NATO, nəinki hərbi ittifaqdır, bu bir dəyərlər birliyidir”.
Xatırladaq ki, 2009-cu ildən Rumıniya səfirliyi Azərbaycanda NATO-nun əlaqələndiricisi rolunu oynayır.
Tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, hərbi sahədə çalışan rəsmiləri və istimaiyyətin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR