Gürcüstanın birinci xanımı Azərbaycana səfər edəcək

Gürcüstanın birinci xanımı Azərbaycana səfər edəcək
# 10 may 2010 15:14 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Tiflisdə Heydər Əliyevin doğum gününə həsr edilmiş tədbirdə çıxış edən Gürcüstanın birinci xanımı Sandra Rulofs deyib.

Onun bildirdiyinə görə, o, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşəcək və bir sıra mühüm layihələri müzakirə edəcək: “Bu gün Heydər Əliyevin 87 yaşı tamam olur. Bu, xüsusi bir gündür. Bu insan təkcə Azərbaycan üçün yox, həm də region üçün, bütün Avropa və bütün dünya üçün vacib şəxs olub. Mən Mehriban xanımla xəstəxana, məktəblər və digər layihələr barədə söhbət aparacağam. Yeni xəstəxana və muzeylər barədə danışacağıq. Biz onunla çox yaxşı əməkdaşlıq edirik. Çoxdandır ki, Bakıda olmamışam. Bakı üçün darıxmışam”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR