Polşada “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin qeyri-formal görüşü keçiriləcək

Polşada “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin qeyri-formal görüşü keçiriləcək
# 24 may 2010 10:54 (UTC +04:00)
APA-nın Polşaya ezam olunmuş müxbirinin məlumatına görə, jurnalistlərin iştirakı olmadan keçiriləcək görüşə Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, AB ölkələrinin, eləcə də Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusun xarici işlər nazirləri qatılacaq. Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edəcək.

Polşa XİN-dən bildiriblər ki, “Şərq tərəfdaşlığı” ölkələrinin ilk qeyri-formal iclası AB-yə sədrlik edən İspaniyanın rəhbərliyi ilə təşkil olunub. Toplantıda tərəfdaşlığın praktikada həyata keçirilməsi, maliyyələşmə qaydaları, təşəbbüsün növbəti mərhələlərinin reallaşdırılmasının qrafiki və metodları müzakirə ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR