Milli Məclisin sədri Oqtay Əsədovun Rusiyada prezident və parlamentin palatalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur

Milli Məclisin sədri Oqtay Əsədovun Rusiyada prezident və parlamentin palatalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur
# 02 iyun 2010 10:19 (UTC +04:00)
Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib. Mətbuat xidmətinin rəhbəri deyib ki, iyunun 3-də başlayacaq və iki gün davam edəcək səfərdə spikeri müşayiət edəcək nümayəndə heyətinin tərkibinə parlamentin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Mixail Zabelin, Adil Əliyev, Rüfət Quliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir: “Səfər çərçivəsində nümayəndə heyətinin Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevlə, ölkənin Federal Məclisi Federal Şurasının sədri Sergey Mironovla, Dövlət Dumasının sədri Boris Qrızlovla görüşləri nəzərdə tutulur. Görüşlərdə ikitərəfli əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Nümayəndə heyəti Azərbaycanın Moskvadakı səfirliyində olacaq, Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti ilə yaxından maraqlanacaqlar”.

Səfər zamanı Rusiya Dövlət Dumasının deputatlarının işğal altındakı Dağlıq Qarabağda keçirilən “seçkiləri” izləməsinə etiraz edilib-edilməyəcəyi ilə bağlı suala cavab verən mətbuat xidmətinin rəhbəri “mən detallar barədə bir söz deyə bilmərəm, ancaq yəqin ki, ikitərəfli əlaqələrə xələl gətirə biləcək bütün məsələlər müzakirə olunacaq” .

A. Nəsirov İsrailin Fələstinə humanitar yardım aparan gəmiləri vurması ilə bağlı məsələyə də münasibət açıqlayıb: “Belə hadisələr narahatlıq doğuran məsələlərdir. Yəqin ki, bu məsələ beynəlxalq səviyyədə araşdırılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR