ABŞ Konqresinin üzvü Obama administrasiyasını Azərbaycanın vacibliyini qəbul etməyə və əlaqələri gücləndirməyə çağırıb

ABŞ Konqresinin üzvü Obama administrasiyasını Azərbaycanın vacibliyini qəbul etməyə və əlaqələri gücləndirməyə çağırıb
# 03 iyun 2010 11:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ Konqresinin üzvü, yəhudi əsilli Daniel B. Maffei Konqresin plenar iclasında çıxışı zamanı İsrail-Azərbaycan münasibətlərinə toxunub. İsrailin Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, konqresmen Amerika administrasiyasını regionda Azərbaycanın vacibliyini qəbul etməyə və bu əlaqələri gücləndirməyə çağırıb. O, Azərbaycanla İsrail arasında mövcud olan yaxşı əlaqələrin bir model kimi qəbul edilməsinin önəmini də vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR