Azərbaycan və Belarus prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar keçirilib

Azərbaycan və Belarus prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqlar keçirilib
# 03 iyun 2010 20:32 (UTC +04:00)
APA-nin AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə Azərbaycan prezidenti görüş iştirakçılarına müraciətlə deyib ki,
Belarus nümayəndə heyətlərinin səfəri iki dövlət arasında münasibətlərin daha fəal inkişafına xidmət edəcək. “Bizim münasibətlərimiz çox dinamik, müsbət inkişaf edir. Biz bir sıra müştərək layihələr üzərində işləyirik, özü də uğurla işləyirik. Nəzərdə tutduqlarımızın hamısını qısa müddətdə və keyfiyyətlə yerinə yetiririk. Buna görə də hesab edirəm ki, ölkəmizə Sizin səfəriniz ikitərəfli münasibətlərin inkişafına daha güclü təkan verəcək”, prezident qeyd edib.
О bildirib ki, iki hökumətlərinin üzvləri arasında fəal əlaqələr var. “Bununla belə, həllini tələb edən məsələləri bir daha müzakirə etmək, məncə, faydalı olacaqdır. Düşünürəm ki, biz əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni yollar, yeni, çox perspektivli sahələr – energetika, kənd təsərrüfatı, tikinti, turizm, yüksək texnologiyalar sahələrində əməkdaşlıq üçün yollar müəyyən edəcəyik. Əminəm ki, nəticələr çox yaxşı olacaq”, prezident dedi.
Azərbaycanın dövlət başçısı vurğuladı kı, bərabər geniş gündəlikdəki ikitərəfli məsələləri, regional, beynəlxalq məsələləri artıq ətraflı nəzərdən keçirilib. “Bizim dostluğumuz, eləcə də münasibətlərimizin bu cür səmərəli və müsbət inkişaf etməsi məni çox sevindirir”, İlham Əliyev geyd etdi.
Öz növbəsində Belarus prezidenti Aleksandr Lukaşenko səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi кi, xalqlarımız arasında çoxillik sıx və mehriban əməkdaşlıq, qarşılıqlı yardım ənənələri indiki mürəkkəb şəraitdə, xüsusən son dövrlərdə nəinki davam edir, həm də getdikcə geniş vüsət alır.
Оnun fikrincə, bu gün Azərbaycanın və Belarusian dövlətçiliyin möhkəmləndirilməsi, öz qüdrətli dövlətinin yaradılması yolu ilə irəliləyirlər. “Mən buraya son səfərimdən üç il sonra, burada, Bakıda və onun hüdudlarından kənarda baş verənləri gördükdə keçirdiyim hisslər barədə fikirlərimi, həsədimi gizlətmədən İlham Heydər oğluna demişəm. Hər yerdə tikinti gedir, kranlar işləyir. Xüsusən axşamlar, binalar işıqlandırılanda onların gözəlliyi diqqəti cəlb edir. Eyni zamanda, Sizin binalar bir-birindən gözəldir. Səmimi deyirəm, Sizin uğurlarınıza sevindim.
Siz bütün bu işləri yüksək bacarıqla görürsünüz”, Lekaşenko dedi.
“Mən İlham Heydər oğluna dedim ki, əgər ölkədə insanlar haqqında düşünən və öz xalqını sevən prezident varsa, deməli, bu dövlətin perspektivləri çox böyükdür”, о geyd etdi.
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, dövlət başçıları və hökumətlər arasında olan fəal dialoqun nəticəsində son beş ildə iki ölkənin ticarət dövriyyəsinin həcmi bir neçə dəfə artmışdır. Bu sahədə potensialın daha böyük olduğunu deyən Belarus Prezidenti əlaqələrimizin müxtəlif istiqamətlərdə sürətlə inkişaf etdiyini və mühüm nəticələrin əldə olunduğunu bildirdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR