Astanada ATƏT regionunda tolerantlıq məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Astanada ATƏT regionunda tolerantlıq məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 08 iyun 2010 16:17 (UTC +04:00)
Bakı. Viktoriya İyunun sonunda Astanada ATƏT-ə üzv 56 ölkənin yüksək vəzifəli şəxsləri, siyasətçi və ictimai xadimlərinin iştirakı ilə ATƏT regionunda tolerantlıq məsələlərinə həsr olunmuş tədbir keçiriləcək. APA-nın məlumatına görə, konfransda dini və milli zəmində ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə yollarına xüsusi diqqət ayrılacaq. İştirakçılar ayrı-seçkilik və dözümsüzlüyün təzahür formalarına qarşı mübarizədə qanunvericilik strukturları, hüquq-mühafizə orqanları, təhsil sistemi və KİV-in rolunu müzakirə edəcəklər. Konfransda ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev giriş nitqi söyləyəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR