ABŞ və Britaniyanın Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri mərc gəliblər - FOTO

ABŞ və Britaniyanın Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri mərc gəliblər - <font color=red>FOTO</font>
# 11 iyun 2010 14:09 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun və ABŞ-ın Azərbaycan müvəqqəti işlər vəkili Donald Lu dünya çempionatında iki ölkənin komandaları arasında oyunun nəticəsindən mərc gəliblər. APA-nın məlumatına görə, Donald Lu hər iki komandanın şanslarını belə dəyərləndirib: “ABŞ-da futbol çox populyar idman növüdür, Böyük Britaniyada isə futbola milli maraq var. Mən ABŞ milli komandasının sabahkı matçda qalib gələcəyini düşünürəm, əgər belə olsa, Britaniya səfiri “Sem dayı”nın papağını qoyacaq”.

Səfir Karolin Braun futbolçu kimi Frenk Lempardı, klub olaraq “Çelsi”ni bəyəndiyini bildirib. O Azərbaycan klublarına da azarkeşlik etdiyini deyib: “Sabahkı oyun 5-0 İngiltərə yığmasının qələbəsi ilə başa çatacaq”.

Donald Lu isə qeyd edib ki, bu oyun aralarında qardaş-bacı münasibətləri olan iki ölkənin yığması arasında keçirilir: “Buna görə də sözün yaxşı mənasında meydanda əsl döyüşün gedəcəyini gözləyirəm. ”

Xatırladaq ki, bu gün Cənubi Afrika Respublikasında fitbol üzrə 19-cu dünya çempionatı start götürür. Sabah “C” qrupu çərçivəsində İngiltərə və ABŞ milli komandaları arasında görüş keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR