Azərbaycan Milli Məclisinin üzvü AŞPA-nın yay sessiyasında çıxış edəcək

Azərbaycan Milli Məclisinin üzvü AŞPA-nın yay sessiyasında çıxış edəcək
# 17 iyun 2010 07:51 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. İyunun 21-dən 25-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sessiyada iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı numayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev Fransaya səfər edəcəklər. Toplantıda Azərbaycanda demokratik təsisatların fəaliyyəti, Şimali Qafqazda insan hüquqlarının qorunması, Kosovoda vəziyyət, Avropada qaçqınların vəziyyəti, nizamsız miqrasiyanın qarşısının alınması, Avropada İslam, ekologiyanın mühafizəsi, qadınların pensiya təminatının gücləndirilməsi və digər məsələlər müzakirə ediləcək.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcəklər. Sessiyada təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin məruzəçisi, millət vəkili Rafael Hüseynovun Avropada İslam mədəniyyəti ilə bağlı çıxışı nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR