Mövlud Çavuşoğlu: “Parlament seçkilərinin izləmək üçün Azərbaycana 30 nəfərlik müşahidə missiyası göndərəcəyik”

Mövlud Çavuşoğlu: “Parlament seçkilərinin izləmək üçün Azərbaycana 30 nəfərlik müşahidə missiyası göndərəcəyik”
# 21 iyun 2010 12:15 (UTC +04:00)
APA-nın Avropa Şurasının işini işıqlandıran Avropa bürosu əməkdaşının verdiyi məlumata görə, bu sözləri AŞ PA prezidenti Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında söyləyib. O, AŞ PA Bürosunun səhər keçirilən iclasında Azərbaycana 30 nəfərlik nümayəndə heyəti göndərmək barədə qərar qəbul edildiyini xatırladıb: “Bununla bağlı bir komitə yaratmağı qərara aldıq. Bundan başqa seçkilərə bir ay qalmış ölkəyə beş nəfərdən ibarət seçkiöncəsi müşahidə missiyası da göndərəcəyik. Bu da bizə ölkədəki parlament seçkilərinin keçirilməsinin keyfiyyəti haqda daha ətraflı məlumat almağa imkan verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR