Piter Semnebi Edvard Nalbandyana bəyanat verərkən sözləri diqqətlə seçməyi tövsiyə edib

Piter Semnebi Edvard Nalbandyana bəyanat verərkən sözləri diqqətlə seçməyi tövsiyə edib
# 22 iyun 2010 09:45 (UTC +04:00)
APA-nın «Svoboda» radiostansiyasına istinadən verdiyi məlumata görə, diplomat deyib ki, bu insident təmas xəttində vəziyyətin gərgin olduğunu və çox asanlıqla nəzarətdən çıxa biləcəyini göstərir.
P. Semnebi hesab edir ki, gərginliyi azaltmaq üçün bütün mümkün imkanlardan istifadə etmək lazımdır.
İnsidentin Ermənistan xarici işlər naziri Edvard Nalbandyan tərəfindən Azərbaycan tərəfinin təxribatı adlandırılmasına münasibət bildirən avropalı diplomat qeyd edib ki, danışıqların aparılması üçün lazımi şəraiti yaratmaq nöqteyi-nəzərindən sözlərin diqqətlə seçilməsi faydalı olardı.
Qeyd edək ki, P. Semnebi hazırda Ermənistandadır, onun Azərbaycana da gələcəyi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR