Azərbaycan XİN başçısı: “Cəbhə xəttində baş verən son insident, ilk növbədə bütün dünyaya xəbərdarlıqdır ki, münaqişə dondurulmuş deyil”

Azərbaycan XİN başçısı: “Cəbhə xəttində baş verən son insident, ilk növbədə bütün dünyaya xəbərdarlıqdır ki, münaqişə dondurulmuş deyil”
# 23 iyun 2010 09:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqerlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində Azərbaycanın mövqelərinə hücumu barədə danışarkən deyib.

Nazir bildirib ki, Azərbaycanın hərbi ritorikadan geri çəkilməsi üçün ilk növbədə ərazilər işğaldan azad olunmalıdır: “Həmsədrlər müharibəyə şans verməməyə çağırırlar. Lakin bunun üçün Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən çıxmalıdır. Bu proses nə qədər tez başlansa, hamı üçün yaxşı olar. Hazırkı “status-kvo” heç kimi qane etmir”.

E. Məmmədyarov sözlərinə görə, nə qədər ki, torpaqlar işğal altındadır, nə sülh, nə müharibə vəziyyətidir, belə insidentlər baş verə bilər: “Ermənistan güc tətbiq etməmək barədə bizimlə hansısa saziş imzalamaq istəyir. Lakin artıq gücdən istifadə olunub, bunun nəticələri aradan qaldırılmalıdır. Ermənistan tərəfi konstruktiv danışıqlara nə qədər tez keçsə, bir o qədər yaxşı olacaq. Bunun üçün imkanlar var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR