Elmar Məmmədyarov: “Ermənistan yenilənmiş Madrid təkliflərinə indiyədək nə hə, nə də yox deyib, belə bir şəraitdə işləmək çox çətindir”

Elmar Məmmədyarov: “Ermənistan yenilənmiş Madrid təkliflərinə indiyədək nə hə, nə də yox deyib, belə bir şəraitdə işləmək çox çətindir”
# 23 iyun 2010 10:49 (UTC +04:00)
“Soçi görüşündən sonra mövqeləri yenidən araşdırmaq üçün yeni görüşə "ehtiyac var idi” söyləyən nazir xatırladıb ki, keçən ilin dekabrında vasitəçilər yeniləşmiş Madrid təkliflərini münaqişə tərəflərinə təqdim etmişdilər: “Azərbaycan bu sənədə öz münasibətini bildirib, bu sənəd böyük sülh sazişi əldə etmək üçün yaxşı imkanlar yaradır. Əfsuslar olsun ki, Ermənistan indiyə qədər bu təklifə nə hə, nə də yox deyib. Belə bir şəraitdə işləmək çox çətindir. Madrid təklifləri 2007-ci ildə təqdim olunmuşdu və 2009-cu ilə kimi çox intensiv müzakirə olmuşdu və aparılan həmin müzakirələr nəticəsində yeniləşərək birdə təqdim olunmuşdu”. Elmar Məmmədyarov münaqişənin diplomatik yolla həllinə imkanların olduğuna inandığını bəyan edib.

Elmar Məmmədyarov qoşunların təmas xəttində baş verən silahlı zamanı həlak olmuş Azərbaycan əsgərinin cəsədinin qeyriyə qaytarılması barədə sualın cavabında bildirib ki, bu, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR