Rafael Hüseynov: “İslam mühafizəkar yox, demokratik mahiyyətli, zəruri hallarda müasirliklə ayaqlaşmağa qadir dindir”
23 iyun 2010 16:06 (UTC +04:00)
APA-nın Avropa Şurasında akkreditə olunmuş əməkdaşının verdiyi məlumata görə, bu hesabatla bağlı Mədəniyyət, elm və təhsil komitəsinin məruzəçisi, danimarkalı deputat Mogens Yensenin, Siyasi işlər komitəsinin məruzəçisi, Böyük Britaniyadan olan deputat Maykl Hənkokun, Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi Rafael Hüseynovun, Qadın və kişilər üçün bərabər vəzifələr komitəsinin məruzəçisi, türkiyəli Nursuna Memecanın, həmçinin Birləşmiş Millətlər Təşkilatı baş katibinin sivilizasiyaların dialoqu üzrə yüksək təmsilçisi Corc Sampayonun çıxışları maraqla qarşılanıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışında islama, islam ölkələri xalqlarına məhz belə dostcasına yanaşmaq və ardıcıl dialoq nəticəsində ümumi tərəqqiyə daha artıq yaxınlaşmanın əldə olunacağını vurğulayaraq əslində Avropa Şurasının təbliğ və təşviq etdiyi prinsiplərlə islamın ideallarının müştərək olduğunu bildirib.
Rafael Hüseynov islamın universallığı, müasir həyatla uyğunlaşmaq xüsusiyyəti, bu dinin təməl kitabı olan “Quran”ın köhnəlməzliyi, ən yeni günün suallarına cavab verə bilmək cəhətlərini təhlil edərkən deyib: “İslamın bariz cəhətlərindən biri onun öz klassik ənənələrini ehtiramla qoruyub-saxlamaqla yanaşı, müasirləşə bilmək, davam edən həyatın mütərəqqi təmayülləri ilə uyğunlaşmaq xüsusiyyətidir. İslam mühafizəkar yox, demokratik mahiyyətli, zəruri hallarda müasirliklə ayaqlaşmağa qadir dindir. İslamla bağlı həm Şərqdə, həm Qərbdə səhv təsəvvürlərin meydana çıxmasının təqsiri təhrifli təhlil və interpretasiyalar olmuşdur. Bu məqam ayrıca vurğulanmalı, onun Şərqdə və Qərbdəki bütün müasir təzahürləri qətiyyətlə kənara qoyulmalıdır”.
Dünyanın qabaqcıl beynəlxalq təşkilatlarının, o sıradan Avropa Şurasının ümdə vəzifələrindən birinin insanları sülhə, anlaşmaya səsləmək, xalqlara daha gözəl gələcək barədə ümidlər bağışlamaq olduğunu qeyd edən Rafael Hüseynov bu amalların “Quran”da 14 əsr əvvəldən ifadə olunduğunu diqqətə çəkib.

Xarici siyasət
Beynəlxalq Çernobbio Forumu dünya mediasının diqqət mərkəzindədir
19:45
6 sentyabr 2024
ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Şəhidlər Xiyabanını ziyarət edib
17:56
6 sentyabr 2024
Bakı Təşəbbüs Qrupu Bakıda Mayot adası ilə bağlı konfransdan sonra beynəlxalq təşkilatlara məktub göndərib
16:28
6 sentyabr 2024
Orban: Azərbaycan sülh yaradıcılığı mövzusunda həqiqətən yaxşı nümunədir
13:05
6 sentyabr 2024