Piter Semnebinin Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb

Piter Semnebinin Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb
# 24 iyun 2010 10:19 (UTC +04:00)
P. Semnebinin ofisindən APA-ya verilən məlumata görə, səfər diplomatın regiona etdiyi müntəzəm səfərlərdən biridir.

İyunun 29-dan iyulun 1-dək davam edəcək səfər çərçivəsində Azərbaycanla Aİ arasında bütün məsələlərin müzakirəsi aktual olacaq. Həmin məsələlər arasında ölkədə daxili vəziyyət, qarşıdan gələn parlament seçkiləri, Azərbaycanla Aİ-ni yaxınlaşdırmaq məqsədi güdən assosiativ saziş üzərində iş, regiondakı vəziyyət, Dağlıq Qarabağda cəbhə xəttində baş vermiş son silahlı insident müzakirə olunacaq.

Məlumata görə, Azərbaycanla Türkiyə arasında qaz tranzitinin qiymətinin razılaşdırılması və müvafiq sənədin imzalanması baxımından xüsusi nümayəndənin keçirəcəyi görüşlərdə enerji sahəsində Azərbaycan-Aİ münasibətlərinə dair məsələlər də ətraflı müzakirə ediləcək.

Onu da əlavə edək ki, P. Semnebinin səfər proqramı üzərində iş hələ tamamlanmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR