Azərbaycanın Misir, Türkiyə, Küveyt və Qazaxıstandakı səfirləri dəyişdirilib

Azərbaycanın Misir, Türkiyə, Küveyt və Qazaxıstandakı səfirləri dəyişdirilib
# 24 iyun 2010 20:50 (UTC +04:00)
APA-nın məlumatına görə, Faiq Bağırov Azərbaycanın Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılaraq, Türkiyədə səfir təyin edilib.

Şahin Abdullayev Azərbaycanın Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq, Misirdə səfiri təyin olunub.

Tural Rzayev Azərbaycanın Küveytdə səfiri təyin edilib, ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Prezidentin digər sərəncamları ilə Zakir Həşimov Azərbaycanın Türkiyə və Makedoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılaraq, Qazaxıstanda səfir təyin edilib.

Lətif Qəndilov isə Azərbaycanın Qazaxıstanda səfiri vəzifəsindən geri çağırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR