Azərbaycan xarici işlər nazirinin müavini: “Bu ilin sonuna kimi Xəzəryanı ölkə başçılarının görüşü keçirilə bilər”

Azərbaycan xarici işlər nazirinin müavini: “Bu ilin sonuna kimi Xəzəryanı ölkə başçılarının görüşü keçirilə bilər”
# 29 iyun 2010 09:43 (UTC +04:00)
APA-nın bildirdiyinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

X. Xələfov bildirib ki, hazırda görüşdə iştirakla bağlı bütün tərəflərin razılığı gözlənilir. Görüşün dəqiq vaxtı bu həftə ərzində bəlli olacaq.

«Biz Xəzərdə təhlükəsizliklə bağlı təkliflərimizi təqdim etmişik. Hazırda həmin təkliflərin üzərində iş gedir. Çalışırıq ki, bu təkliflər əsasında razılaşmanı başa çatdıraq. Ümid edirik ki, Bakı görüşündə nəticəyə nail olunacaq», - deyə X.Xələfov qeyd edib.

Nazir müavini onu da deyib ki, bu ilin sonuna kimi Xəzəryanı ölkə başçılarının görüşü də keçirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR