Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri etimadnaməsini bu dövlətin əmirinə təqdim edib

Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri etimadnaməsini bu dövlətin əmirinə təqdim edib
# 09 avqust 2010 20:55 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Küveytdə yeni təyin olunmuş səfiri Tural Rzayev avqustun 9-da etimadnaməsini bu dövlətin əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təqdim edib. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir.

Səfirlikdən bildirilər ki, Bəyan sarayında keçirilmiş təqdimetmə mərasimində fəxri qarovul düzülüb, Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb və dövlət himni səsləndirilib.

Küveyt Dövlətinin əmiri ilə söhbətdə səfir T.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin dost ölkələrimiz arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Əmirin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu deyən diplomat qeyd edib ki, bu səfər ölkələrimiz arasında mövcud münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcək.

Səfir T.Rzayev prezident İlham Əliyevin əmir Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha və dost Küveyt xalqına salamlarını və xoş arzularını çatdırıb.

Bundan əlavə, diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt Dövlətinin beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə əmirə və Küveyt xalqına minnətdarlığını bildirib.

Görüşdə Küveyt Dövlətinin əmiri Azərbaycan ilə münasibətlərin inkişafında maraqlı olduğunu, bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğulayıb. Əmir prezident İlham Əliyevə xoş arzularına görə səmimi minnətdarlığını ifadə edərək, dövlətimizin başçısına onun salamlarını çatdırmağı xahiş etmiş, Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR