MDB-nin daimi nümayəndələri Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidə missiyasının yaradılmasını müzakirə edəcəklər

MDB-nin daimi nümayəndələri Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidə missiyasının yaradılmasını müzakirə edəcəklər
# 13 avqust 2010 09:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avqustun 17-də Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin daimi nümayəndələrinin növbəti görüşü keçiriləcək. APA-nın məlumatına görə, daimi nümayəndələr noyabrın 7-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçilər göndərmək məsələsini müzakirə edəcəklər. Diplomatlar həmçinin Moldovada sentyabrın 5-də Konstitusiyaya dəyişikliklərinə dair keçiriləcək referenduma da müşahidəçi göndərmək məsələsinə baxacaqlar.
Daimi nümayəndələrin müzakirə edəcəyi məsələlər arasında MDB ali orqanlarının növbəti iclaslarının gündəliyi və tarixi də olacaq. Layihəyə əsasən MDB hökumət başçıları Şurasının iclası noyabrın 19-da Sankt-Peterburqda, xarici işlər nazirləri Şurasının iclası dekabrın 9-da Moskvada, dövlət başçıları Şurasının toplantısı isə dekabrın 10-da Moskvada keçirilməlidir.
Qeyd edək ki, Azərbaycanın MDB-də daimi nümayəndəsi yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR