Milli Məclisdə Litva nümayəndə heyəti ilə görüşlər keçirilib

Milli Məclisdə Litva nümayəndə heyəti ilə görüşlər keçirilib
# 16 avqust 2010 14:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisdə Azərbaycanda səfərdə olan Litva Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin Xarici Əlaqələr Komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşlər keçirilib. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti öncə parlamenin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində olub. Komitə sədri Səməd Seyidov Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq əlaqələri barədə danışıb. Azərbaycana səfərinin məramını açıqlayan A. Valinskas isə ölkəsinin hazırki durumu, parlamentin tərkibi və fəaliyyətindən bəhs edib. O bildirib ki, Litva Azərbaycanla siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır.

Daha sonra Litva nümayəndə heyəti Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində və İqtisadi siyasət komitəsində olub. Görüşlərdə Azərbaycan və Litvanın müstəqillik illərində əldə etdikləri nailiyyətlər, ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Dağlıq Qarabağ problemi, eləcə də bir sıra digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR