GUAM dövlət başçılarının növbəti sammiti ilin sonunda keçiriləcək

GUAM dövlət başçılarının növbəti sammiti ilin sonunda keçiriləcək
# 17 avqust 2010 08:29 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. GUAM-ın növbəti sammiti bu ilin sonunda keçirilə bilər. APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, bu barədə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze məlumat verib. O bildirib ki, GUAM üzvləri aktiv şəkildə fəaliyyəti davam etdirirlər: “Təşkilat ayaq üstədir. Üzv ölkələrin iqtisadi, energetika, nəqliyyat layihələrini reallaşdırmağa marağı var. Buraya cənub enerji dəhlizinin yaradılması, Azərbaycanın enerji daşıyıcılarının Gürcüstan ərazisindən tranziti və turizm layihələri daxildir”.

Qriqol Vaşadzenin sözlərinə görə, sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində GUAM ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək: “GUAM sammitinin tarixi və gündəliyi də həmin görüşdə müəyyən olunacaq. Böyük ehtimalla sammit ilin sonunda keçiriləcək”. Xatırladaq ki, GUAM-a üzv ölkələrin dövlət başçılarının son sammiti 2007-ci ilin yayında keçirilib.


.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR