Nurəddin Məmmədli: “AXCP-nin qurultayında Müsavat Partiyası ilə birləşmək məsələsi müzakirə olunmayacaq”

Nurəddin Məmmədli: “AXCP-nin qurultayında Müsavat Partiyası ilə birləşmək məsələsi müzakirə olunmayacaq”
# 19 avqust 2010 10:46 (UTC +04:00)
Biz həmin kinoteatra özümüz getmişdik. Oradan da rayon icra hakimiyyətinə yollandıq”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib. Onun sözlərinə görə, “Təbriz” kinoteatrında olarkən oranın kondisioneri olub-olmadığına baxmayıblar: “Çünki bizə qurultay keçirmək üçün yer veriləcəyinə ümid etmirdik. Ona görə də ən pis hal üçün nəzərdə tutulan variantlara da əl atdıq ki, çıxılmaz vəziyyətdə qalmayaq”.

Hazırda qurultay keçirmək üçün yer axtarışında olduqlarını deyən N. Məmmədli daha bir neçə yeri gözdən keçirdiklərini bildirib. O qeyd edib ki, müvafiq yer tapacaqları təqdirdə qurultayı tezliklə keçirəcəklər. Əks halda isə qurultayı havaların sərinləşəcəyi sentyabr ayında “Təbriz” kinoteatrında keçirəcəklərini bildirib.

N. Məmmədli qurultayı həm də seçkiyə hazırlıq saydıqlarını, bu səbəbdən də onu tezliklə keçirmək istədiklərini deyib. O, AXCP-nin qurultayında Müsavat Partiyası ilə birləşmə məsələsinin müzakirə olunmayacağını da bildirib: “Çox istərdik ki, AXCP və Müsavat Partiyasının birləşmə məsələsi partiyamızın budəfəki qurultayında müzakirə olunsun və qərar verilsin. Ancaq indiki situasiyada bütün diqqətlər seçki blokunun yaradılmasına yönəlib. Ona görə də seçkiyə qədər partiyaların birləşmə məsələsi müzakirə obyekti olmayacaq. Bu məsələni seçkidən sonra müzakirə edəcəyik”.

Qeyd edək ki, Nizami rayon İcra hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev AXCP sədrinin müavini Nurəddin Məmmədliyə müraciət edərək tutumu 600 nəfər olan “Təbriz” kinoteatrında qurultay keçirməyə razı olduqlarını bildirib. AXCP funksionerləri isə havaların isti keçdiyi vaxtda kondisionersiz yerdə qurultay keçirmək istəmədiklərini açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR