Avropa Şurası bu il keçiriləcək parlament seçkiləri ilə bağlı Azərbaycana 2 müşahidə missiyası göndərəcək

Avropa Şurası bu il keçiriləcək parlament seçkiləri ilə bağlı Azərbaycana 2 müşahidə missiyası göndərəcək
# 20 avqust 2010 09:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. S. Seyidov deyib ki, müşahidə missiyalarından biri uzunmüddətli, o biri isə qısamüddətli olacaq. Uzunmüddətli missiya oktyabrda Azərbaycana gələcək. Missiyanın tərkibində AŞ-ın bir neçə deputatı da olacaq. Qısamüddətli missiya isə birbaşa seçki prosesini izləyəcək.
Bu missiyanın tərkibi geniş olacaq. Orada müxtəlif partiyaların üzvlərinin, deputatların olacağı gözlənilir: “Biz onları məhz seçki günü prosesi müşahidə etmək üçün dəvət etmişik. Hər iki missiya vacibidir və onların fəaliyyətini yerinə yetirməsi üçün Azərbaycan tərəfi öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR