Əli Həsənov: “Türkiyə rəsmilərinin nəzərinə çatdırmışıq ki, Ermənistanla sərhədlərin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir”

Əli Həsənov: “Türkiyə rəsmilərinin nəzərinə çatdırmışıq ki, Ermənistanla sərhədlərin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir”
# 25 avqust 2010 07:58 (UTC +04:00)
Hər iki halda bu, işğalçı rejimin bir az da əl-qolunun açılmasına, danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq. Bu mövqeyimizi Türkiyə rəsmilərinin də diqqətinə çatdırmışıq”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, Türkiyə rəsmilərinin müvafiq açıqlamalarının olduğunu da xatırladıb: “Həmçinin hörmətli baş nazir Rəcəb Tayyib Ərdoğan, hörmətli prezident Abdulla Gül və Türkiyənin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasındakı sərhədlər açılmayacaq. Biz Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, ortaya qoyulmuş şərtlər təyin olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Fərqi yoxdur, istər NATO-nun tələbi olsun, istər ATƏT-in, Avropa Şurasının, ya da hansısa fövqəldövlətin tələbi olsun“.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR