Türkdilli Ölkələrin Parlament Assambleyası quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidə etmək niyyətindədir

Türkdilli Ölkələrin Parlament Assambleyası quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidə etmək niyyətindədir
# 25 avqust 2010 09:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) quruma üzv ölkələrdə keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etməyi planlaşdırır. APA-nın məlumatına görə, bu barədə TürkPA baş katibi Ramil Həsənov bildirib.

R. Həsənovun sözlərinə görə, artıq Assambleyanın katibliyi sentyabrın 12-də Türkiyədə keçiriləcək referendumu izləmək üçün Türkiyə tərəfinə rəsmi müraciət edib. Baş katiblik eyni zamanda oktyabrda Qırğızıstanda, noyabrda isə Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün müvafiq dövlətlərə müraciətlər edib. Hazırda Azərbaycan tərəfdən dəvət məktubu gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR