Vaşinqtonda Azərbaycan dili kursları açılacaq

Vaşinqtonda Azərbaycan dili kursları açılacaq
# 26 avqust 2010 08:40 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. Bu ilin payızında ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan dili kursları açılacaq. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi Azərbaycan dili kursunun payız semestrini elan edib. Kurs giriş, 1-ci və 2-ci səviyyədən ibarətdir. Birinci dərs oktyabrın 4-də keçiriləcək. Qeydiyyat müddəti sentyabrın 24-də sona çatır.

Mərkəzin nümayəndələri bildiriblər ki, bu cür kurslar hər il keçirilir. Kurslara təkcə Vaşinqtondan deyil, başqa şəhərlərdən də Azərbaycan dili ilə maraqlananlar gəlir.

Vaşinqtondakı dil mərkəzlərinin bir çoxunda da Azərbaycan dili kursları fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR