Argentina Milli Diplomatik Xidmət İnstitutunda Azərbaycanın təqdimatı keçirilib - FOTO

Argentina Milli Diplomatik Xidmət İnstitutunda Azərbaycanın təqdimatı keçirilib  - <font color=red>FOTO</font>
# 04 oktyabr 2010 08:46 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 1-də Argentina Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (Instituto del Servicio Exterior de la Nación – İSEN) “Azərbaycanın təqdimatı” adlı tədbir keçirilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İSEN-nin müəllim və tələbələri, habelə XİN-in nümayəndələrinin qatıldığı tədbirdə öncə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, ölkənin hazırkı ictimai-siyasi vəziyyəti, iqtisadiyyatı, dini tolerantlığı və sair məqamları əks etdirən ispan dilində film nümayiş etdirilib.

Filmin nümayişindən sonra səfir Məmməd Əhmədzadə “Azərbaycanın xarici siyasəti: təsir edən amillər və istiqamətlər” mövzusunda mühazirə söyləyib. Sonra o, iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Tədbir Azərbaycan mədəniyyətinin təqdimatı ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR