Kanadalı ekspert Azərbaycan prezidenti yanında Strateji Araşdırma Mərkəzində çıxış edib - FOTO

Kanadalı ekspert Azərbaycan prezidenti yanında Strateji Araşdırma Mərkəzində çıxış edib - <font color=red>FOTO</font>
# 04 oktyabr 2010 11:18 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Oktyabrın 4-də Azərbaycan prezidenti yanında Strateji Araşdırma Mərkəzində “Foresight Canada” təşkilatının direktoru Devid Harris “Qlobal sülh ssenarisi: təhlükəsizlik sahəsində inqilab” mövzusunda məruzə ilə çıxış edib. APA-nın məlumatına görə, D. Harris mövcud şəraitdə sülhün qorunması üçün öz ssenarisini təqdim edib, qloballaşmanın forma və səviyyəsinin təhlükəsizliyin təmin olunmasına təsirləri barədə danışıb.

Qeyd edək ki, Kanada Silahlı Quvvələrinin istefada olan polkovniki, hərbi mühəndis Devid Harris Kanada Müdafiə Akademiyasında yüksək rütbəli zabitlər və vəzifəli şəxslər üçün nəzərdə tutulmuş “Mülki və hərbi münasibətlər”, eləcə də əməkdaşlıq, təhlükəsizlik və diplomatiya sahələrinə dair seminarlar, kurslar və layihələrin hazırlanması ilə məşğuldur. O, həmçinin “Minilliyin layihəsi”nin Kanada bölməsinin sədri, Gələcəyin Araşdırılması üzrə Ümumdünya Cəmiyyəti və Kanadanın “Qlobal təşəbbüslər” layihəsinin idarə heyətinin üzvüdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR