Elmar Məmmədyarov Yaponiya səfirinin diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Yaponiya səfirinin diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib
# 05 oktyabr 2010 06:52 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı səfir Masamitsu Oki Azərbaycanda Yaponiyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib. Öz növbəsində nazir Elmar Məmmədyarov səfir Masamitsu Okiyə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR