Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Diplomatik Təlim üzrə Beynəlxalq Forumda çıxış edib

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Diplomatik Təlim üzrə Beynəlxalq Forumda çıxış edib
# 05 oktyabr 2010 09:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Diplomatik Təlim üzrə Beynəlxalq Forumda çıxış edib. Diplomatik Akademiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Diplomatik Təlim üzrə Beynəlxalq Forum 1972-ci ildə yaradılıb və hər il Diplomatik Akademiya və Beynəlxalq münasibətlər üzrə institutların rəhbərlərini bir araya gətirir. Forumun keçirilmə təşəbbüsü Vyana Diplomatik Akademiyası və ABŞ-ın Vaşinqton şəhərində yerləşən Corctaun Universiteti tərəfində irəli sürülüb. Hər il keçirilən görüşlərdə müasir diplomatiyaya dair məsələlər və trendlər müzakirə olunur.

Bu il, sayca 38-i keçirilən toplantıda 53 ölkədən 80 iştirakçı regional diplomatik təlim, e-diplomatiya və təlimlərin faydalığının artırılması məsələlərini müzakirə ediblər. İştirakçılar qeyd olunan sahədə öz təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar.

Tədbirin Maltanın tarixi parlament binasında keçirilən açılış mərasimində, parlamentin spikeri Maykl Frendo bütün iştirakçıları salamlayıb. ADA-nın Rektoru Hafiz Paşayev Maltanın sabiq prezidenti, professor Uqo Mifsud Bonniçi ilə birgə “regional diplomatik təlim” başlıqlı birinci paneldə çıxış edib. Natiqlər diplomatiyanın daha da regional xarakter aldığını vurğulayıb və diplomatik təlimin necə regional proseslərə yardımçı olmasını müzakirə ediblər.

Hafiz Paşayev tədbir iştirakçılarına Azərbaycan Diplomatik Akademiyasında mövcud olan yeniliklər barədə məlumat verib. Rektor bildirib ki, “21-ci əsrdə Diplomatik Təlim yalnız ölkələrin sərhədləri daxilində aparıla bilməz. Biz gərək onu digər mədəniyyətlər və ölkələr üçün açaq ki, dünya ölkələrinində təcrübəsindən bəhrələnək, tələbələrimizə karyeralarının ilk illərindən möhkəm münasibətlər qurmağa kömək edək. Ümid edirəm ki, ADA-nın təcrübəsi digər diplomatik akademiyaların işi üçün faydalı olacaq”.

Sonda rektor Hafiz Paşayev növbəti illərdə Diplomatik Təlim üzrə Beynəlxalq Forumunun iclasının Bakıda keçirilməsini təklif edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR