Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sabah Palermoya gedəcək

Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sabah Palermoya gedəcək
# 06 oktyabr 2010 07:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün oktyabrın 7-də İtaliyanın Palermo şəhərinə səfər edəcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və deputat Fazil Mustafa daxildirlər.

Sessiyanın ilk iki günü ATƏT PA-nın Aralıq dənizi forumunun keçirilməsinə həsr olunacaq. Bu toplantılarda Aralıq dənizi hövzəsində iqtisadi və infrastruktur sahələrində əlaqələr, mədəniyyət və ətraf mühit üzrə əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılacaq.

Oktyabrın 9-da isə sessiya çərçivəsində “Transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə” mövzusunda konfrans keçiriləcək. Konfransda korrupsiya və insan alveri ilə mübarizə məsələləri müzakirə ediləcək.

Sessiyanın yekununda daimi komitənin iclası keçiriləcək. İclasda ATƏT PA-nın qarşıdakı dövr üçün fəaliyyət proqramına baxılacaq. Azərbaycan nümayəndə heyəti müzakirə edilən mövzularla əlaqədar öz fikirlərini açıqlayacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR