Bernar Fasie: “Fakt-araşdırıcı missiyanın Dağlıq Qarabağ ətrafındakı rayonlara səfərləri və hərəkət marşrutu Xankəndində müəyyənləşdiriləcək”

Bernar Fasie: “Fakt-araşdırıcı missiyanın Dağlıq Qarabağ ətrafındakı rayonlara səfərləri və hərəkət marşrutu Xankəndində müəyyənləşdiriləcək”
# 06 oktyabr 2010 16:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Ermənistana yola düşməzdən əvvəl Naxçıvanda jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye deyib. B. Fasie bildirib ki, Ermənistan rəsmiləri ilə görüşlərdən sonra nümayəndə heyəti Xankəndinə gedəcək.

Diplomat deyib ki, hər şey nəzərdə tutulmuş qaydada gedərsə və hava şəraiti imkan verərsə, missiya fəaliyyətini oktyabrın 13-də yekunlaşdıracaq.

Ötən gün Bakıda bir sıra görüşlər keçirdiklərini qeyd edən B. Fasie Azərbaycanın xarici işlər naziri və nazirliyin ekspertləri ilə səmələri danışıqlar apardıqlarını bildirib: “Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşlərimiz oldu. Bu gün isə Naxçıvana gələrək Azərbaycan prezidenti ilə görüşdük. Regiona səfərimiz davam edir. Bu axşam danışıqları İrəvanda Ermənistan xarici işlər naziri və prezidenti ilə davam etdirəcəyik. Oktyabrın 7-də səhər tezdən isə Dağlıq Qarabağa gedəcəyik. Bununla da, fakt-araşdırıcı missiya fəaliyyətə başlayacaq. Bir həftə ərzində Dağlıq Qarabağ ətrafındakı bütün yaşayış məntəqələri və rayonlarda olacağıq”.

Qeyd edək ki, həmsədrlər artıq İrəvandadırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR