Azərbaycan XİN sözçüsü: “ASALA” və digər terrorçu təşkilatların varisi olan Ermənistan kimisə terrorçuluq fəaliyyətində günahlandıra bilməz”

Azərbaycan XİN sözçüsü: “ASALA” və digər terrorçu təşkilatların varisi olan Ermənistan kimisə terrorçuluq fəaliyyətində günahlandıra bilməz”
# 07 oktyabr 2010 14:20 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov Edvard Nalbandyanın erməni kəşfiyyatçısı Manvel Sarıbekyanın intihar etməsi ilə bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.

“Terrorizmi hələ müstəqilliyini qazanmamışdan öncə həyata keçirən və bu gün də davam etdirən ölkənin nümayəndəsi olaraq, Nalbandyan erməni terrorçularının Azərbaycanda və dünyanın hər yerində həyata keçirdiyi terror aktlarına göz yumur.
Nalbandyana xatırlatmaq istərdim ki, hələ 1988-ci ildə Azərbaycana qarşı başlamış terrorizm yüzlərlə insanın ölümünə səbəb oldu. Onların mülki şəxslərin olduğu metro, bərə, dəmir yolu stansiyalarında partlayışlar həyata keçirməsi erməni terrorizminin əsl simasını göstərir. “ASALA” və digər terrorçu təşkilatların varisi olan Ermənistan kimisə terrorçuluq fəaliyyətində günahlandıra bilməz. Ermənistanın siyasi rəhbərliyinin bir hissəsinin əlləri dirsəyə qədər hələ qan içindədir. Və gün gələcək ki, onlar öz terrorçuluq fəaliyyətinə görə layiq olduqları cəzanı alacaqlar”.

Qeyd edək ki, E. Nalbandyan erməni kəşfiyyatçının ölümü haqqında verdiyi bəyanatında onun Azərbaycan tərəfindən öldürüldüyünü, Azərbaycan hakimiyyətinin terrorçu təşkilat kimi davrandığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR