Azərbaycan Diplomatik Akademiyası Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramına qəbul elan edib

Azərbaycan Diplomatik Akademiyası Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramına qəbul elan edib
# 11 oktyabr 2010 08:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə magistr proqramına (MADIA) qəbul elan edib. Akademiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, magistraturaya ali təhsilli, peşəkar iş təcrübəsi olan və beynəlxalq münasibətlər sahəsində biliklərini artırmaq və xidmət etmək istəyən şəxslər müraciət edə bilərlər. İngilis dilini bilmək vacibdir.

Qeyd edək ki, MADIA azərbaycanlı və xarici tələbələr üçün nəzərdə tutulan iki illik tam təhsil proqramıdır. Proqram beynəlxalq münasibətlərə dair bir neçə elm sahəsini siyasi, iqtisadi və hüquqi perspektivlərlə özündə birləşdirir. Dünyada tanınmış alimlər, həmçinin aparıcı xarici universitetləri fəlsəfə doktoru (PhD) dərəcəsi ilə bitirən azərbaycanlı müəllimlər dərs deyir.

Abituriyentlər ADA Online Application ərizə formalarını bu ünvanda doldurmalıdırlar: www.ada.edu.az/admissions. Onlar tələb olunan sənədlərin əksəriyyətini online təqdim edə, müsahibə üçün vaxt təyin edə, qəbul olunduqlarını ya olunmadıqların online öyrənə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR