Türk PA Beynəlxalq Parlamentlər İttifaqına müşahidəçi statusu ilə üzv olub

Türk PA Beynəlxalq Parlamentlər İttifaqına müşahidəçi statusu ilə üzv olub
# 13 oktyabr 2010 13:22 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 3-7-də Türk PA-nın baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Parlamentlər İttifaqının İsveçrənin Cenevrə şəhərində keçirilən 123-cü plenar sessiyasında iştirak edib. Qurumdan APA-ya verilən məlumata görə, dünyanın ən böyük parlament təşkilatı olan, 165 ölkənin parlamentini və 30-a yaxın beynəlxalq parlament təşkilatlarını özündə birləşdirən Beynəlxalq Parlamentlər İttifaqı Türk PA-nın təşkilata müşahidəçi qismində üzv olması ilə bağlı müraciətini müzakirəyə çıxarıb. İcraiyyə Komitəsində səs çoxluğu ilə qəbul olunan qərar plenar sessiyada səsverməyə qoyulub və Türk PA Beynəlxalq Parlamentlər İttifaqına müşahidəçi üzv seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR