Avropa Şurasında Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilir - FOTOSESSİYA

Avropa Şurasında Avropa İnsan Hüquqları Konvensiyasının 60 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 19 oktyabr 2010 12:35 (UTC +04:00)
APA-nın Avropa bürosunun verdiyi məlumata görə, tədbirin açılış mərasimində BMT-nin baş katibi Pan Gi Mun, Avropa Şurası Nazirlər Komitəsinin sədrliyini icra edən Makedoniyanın prezidenti Georgi İvanov, Avropa Şurasının baş katibi Työrbrn Yaqland və Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta çıxış ediblər. Natiqlər öz çıxışlarında əsasən Avropada insan hüquqlarının daha səmərəli qorunması vacibliyindən danışıb və bu istiqamətdə Avropa İnsan Hüquqları Konvensiyasının əvəzedilməz rolunu bir daha vurğulayıblar. Avropada insan hüquqlarının qorunması məsələsində, insanlara qarşı edilən zorakılıq aktları, irqçilik və qeyri-tolerantlıq, işgəncə və qeyri-insani rəftar, habelə sosial hüquqların qorunması, milli azlıqlar və azlıqda olan dillərin qorunulması hüquqları kimi məsələlər də bugünkü tədbirin əsas mövzularından olub. Çıxışlardan sonra Avropa İnsan Hüquqları Konvensiyasının yaranması tarixini əks etdirən qısa bir film nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR