Vaşinqtonda Rusiyanın Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasəti müzakirə olunacaq

Vaşinqtonda Rusiyanın Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasəti müzakirə olunacaq
# 21 oktyabr 2010 08:23 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. Rusiyanın Cənubi Qafqaz, xüsusən də Azərbaycanla bağlı siyasəti oktyabrın 22-də Vaşinqtonda keçiriləcək konfransda müzakirə olunacaq. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Eliot Beynəlxalq Əlaqələr Məktəbi və Corc Vaşinqton Universiteti tərəfindən təşkil olunan PONARS Avrasiya Siyasəti Konfransında Rusiyanın postsovet regionunda siyasəti, keçmiş sovet ölkələrinin gələcəyi və perspektivləri müzakirəyə çıxarılacaq.

Amerikalı analitiklər, Cənubi Qafqaz üzrə ekspertlər, o cümlədən Korneli Kakaçia, Vitali Silitski, Coşua Taker və Azərbaycan Diplomatik Akademiyasından Anar Vəliyev Rusiyanın qonşuluq siyasəti, federalist siyasəti, regional inkişaf, postsovet ölkələrinin müasirləşməsi, Qırğızıstanda böhran və qiyam, Yanukoviç dövründə Ukrayna mövzuları ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Ekspertlər həmçinin diversifikasiya siyasətində Azərbaycanın enerji təchizatçısı kimi regional əməkdaşlıq və sabitlikdə rolunu nəzərdən keçirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR