Fransa parlamentinin sədri: “Fransalı deputatların Dağlıq Qarabağa səfəri şəxsi səfərdir və dövlət tərəfindən maliyyələşdirilməyib”

Fransa parlamentinin sədri: “Fransalı deputatların Dağlıq Qarabağa səfəri şəxsi səfərdir və dövlət tərəfindən maliyyələşdirilməyib”
# 21 oktyabr 2010 15:21 (UTC +04:00)
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cavab məktubunda Fransa Respublikası Milli Assambleyasının sədri Bernar Akuoye bu hadisədən xəbəri olmadığını və səfirliyin məktubundan sonra bundan xəbər tutduğunu bildirib.

B. Akuoye bu səfərin qətiyyən Milli Assambleyanın rəsmi missiyası olmadığını və fransız deputatların şəxsi səfəri olduğunu söyləyib. O, səfərin Milli Assambleyanın hesabından maliyyələşdirilmədiyini də əlavə edib. B. Akuoye bu deputatların qeyri-rəsmi mövqeyinin Minsk Qrupunun tərkibində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli axtarışını davam etdirən Fransanın səylərini şübhə altına almayacağını vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR