Səfir: “Hazırda 200 İran vətəndaşı Azərbaycanda, 18-ə qədər Azərbaycan vətəndaşı isə İranda həbsdədir”

Səfir: “Hazırda 200 İran vətəndaşı Azərbaycanda, 18-ə qədər Azərbaycan vətəndaşı isə İranda həbsdədir”
# 25 oktyabr 2010 15:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu açıqlamanı İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami verib. O, təəssüflə qeyd edib ki, bu şəxslərin əksəriyyəti narkotik maddələrlə əlaqədar həbsdədir.

Səfir 18-ə qədər Azərbaycan vətəndaşının İran zindanlarında saxlanıldığını da söyləyib: “Onlar da sərhədi qeyri-qanuni keçmək və narkotik maddələrlə əlaqədar tutulublar. Hər iki ölkənin ədliyyə nazirləri ilə görüşlərim olub və belə qərara gəlmişik ki, məhkumların qalan həbs müddətlərini öz ölkələrində keçirmələrini təmin etmək çün layihə hazırlayaq. Bundan əvvəl də belə mübadilələr edilib. Ümid edirik ki, hər iki ölkənin ədliyyə nazirlərinin görüşündən sonra bir ölkənin vətəndaşı o biri ölkənin zindanında qalmayacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR