Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin səsverməsi təxirə salınıb

Ermənistan parlamentində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin səsverməsi təxirə salınıb
# 28 oktyabr 2010 09:59 (UTC +04:00)
APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, prezident Serj Sarkisyanın liderlik etdiyi Respublika Partiyasının (RP) parlament fraksiyasının rəhbəri Qalust Saakyan bununla bağlı hazırlanmış bəyanatı oxuyub.

Bəyanatda bildirilir ki, koalisiya partiyaları – RP, “Çiçəklənən Ermənistan” və “Orinats Yerkir” Dağlıq Qarabağın həm beynəlxalq səviyyədə, həm də Ermənistan tərəfindən tanınmasının alternativinin olmadığına inanırlar. Lakin koalisiya üzvləri hesab edir ki, bu addım hazırkı mərhələdə Ermənistanın maraqlarına uyğun deyil, çünki danışıqların məntiqinə və ölkənin ATƏT-in Minsk Qrupu çərçivəsində konstruktiv mövqeyinə ziddir. Sənəddə deyilir ki, müvafiq zaman yetişdikdə koalisiya özü bu barədə qanun layihəsi hazırlayacaq və ya digər siyasi qüvvələrin analoji qanunvericilik təşəbbüsünü dəstəkləyəcək.

Qanun layihəsinin müəllifi olan “İrs” Partiyasının lideri Raffi Ovannisyan isə parlamentin sədri və koalisiya nümayəndələri ilə görüşdə səsvermənin dekabrın 9-na qədər təxirə salınmasına razılaşdıqlarını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR