Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov İtaliyaya səfir təyin olunub

Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov İtaliyaya səfir təyin olunub
# 29 oktyabr 2010 16:27 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vaqif Sadıqov Azərbaycanın İtaliyada yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Qeyd edək ki, Vaqif İsmayıl oğlu Sadıqov 1956-cı ildə Bakıda anadan olub. 1978-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İstitutunu bitirib, filologiya elmləri doktorudur. 1992-ci ildən Azərbaycan XİN-də Beynəlxalq təşkilatlar idarəsinin birinci katibi vəzifəsini tutub, 1993-1995-ci illərdə Azərbaycan XİN-in hərbi-siyasi məsələlər üzrə şöbəsinin müdiri, 1995-2004-cü illərdə Avstriyada səfir və Azərbaycanın BMT-nin Vyana şöbəsi, BMT Ərzaq inkişafı və ATƏT yanında daimi nümayəndəsi olub. 2004-cü ildən V.Sadıqov Azərbaycan xarici işlər nazirinin müavinidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR